MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ VALEOLOGİYA ÜZRƏ MƏŞĞƏLƏLƏRİN APARILMASI METODİKASI
Annotasiya. Tədqiqatda məktəbəqədər təhsil müəssisələrində valeologiya üzrə məşğələlərin təşkil olunması metodikası geniş və sistemli şəkildə araşdırılaraq təhlil olunur. Məktəbəqədər yaşlı uşaqların öz orqanizmlərinə, sağlamlıqlarına dair, eyni zamanda həyat üçün təhlükəli vəziyyətlər haqqında təsəvvürlərinin genişlənməsində və şəxsi gigiyena, şifahi ünsiyyət, asudə vaxt mədəniyyəti bacarıqlarının formalaşmasında valeoloji məşğələlərin faydalı rolu ətraflı şərh edilir. Uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi məsələləri həmişə aktual problem olmuş və bu gün də belədir. Tədqiqatda məktəbəqədər yaş dövrü uşaqların fiziki, psixoloji və sosial vərdişlərinin bünövrəsinin qoyulduğu mərhələ kimi təhlil olunur. Bu mərhələdə uşaqların düzgün tərbiyə edilməsi, onlarda sağlam həyat tərzinin formalaşması və sağlamlıqlarının qorunmasında ailə və cəmiyyətin üzərinə düşən prioritet vəzifələr nəzərdən keçirilir, müvafiq biliklərin aşılanmasında valeoloji məşğələlərin məqsədəuyğunluğu əsaslandırılır.
Açar sözlər: valeoloji məşğələlər, valeoloji biliklər, sağlamlıq mədəniyyəti, sağlam və kamil insan, sağlam mühit, şəxsi gigiyena bacarıqları.