MÜƏLLİMLƏRİN LİDERLİK BACARIQLARININ İNKİŞAFINDA KOUÇLUQ YANAŞMASININ İSTİFADƏ EDİLMƏSİ
Annotasiya. Məqalədə müəllimlərin liderlik bacarıqlarının inkişafında kouçluq yanaşmasının rolu və təhsil sahəsindəki əhəmiyyəti araşdırılıb. Kouçluq müəllimlərin şəxsi və peşəkar inkişafını dəstəkləyən effektiv bir yanaşmadır. Məqsəd müəllimlərin liderlik bacarıqlarını gücləndirmək, onların tədris prosesində qarşılaşdıqları çətinliklərin yaradıcı həlli yollarını tapmalarına kömək etmək və daha səmərəli tədris mühiti yaratmaqdır. Məqalədə fərdi və qrup şəklində təşkil edilən kouçluq sessiyalarının müəllimlərin pedaqoji və metodiki fəaliyyətinin müxtəlif aspektdən güclü və zəif cəhətlərini aşkara çıxarmağa, problemləri həll etməyə və komanda işini təşviq etməyə imkan yaratdığı vurğulanıb. Kouçluq yanaşma sı müəllimlərin empatiya, aktiv dinləmə və liderlik bacarıqlarını inkişaf etdir məyə dəstək olur, bu da onların şagirdlərlə daha yaxşı əlaqə qurmasına və tədris prosesini daha effektiv şəkildə idarə etmələrinə səbəb olur. Məqalədə, həmçinin kouçluq yanaşmasının təhsil sahəsində tətbiqinin təhsil sisteminin keyfiyyətinə müsbət təsir göstərə biləcəyi və müəllimlərin peşəkar inkişafını dəstəklədiyi göstərilib. Bu yanaşmanın praktiki əhəmiyyəti müəllimlərin liderlik bacarıqlarını artırmaqla yanaşı, təhsil mühitində həmrəylik və təcrübə mübadiləsinin təşviqinə də şərait yaradır. Nəticədə, kouçluq yanaşmasının tətbiqi təhsilin keyfiyyətini artırmağa və müəllimlərin inkişafını dəstəkləməyə mühüm töhfə verə bilər.
Açar sözlər: kouçluq, müəllim, liderlik bacarıqları, təhsil, peşəkar inkişaf, tədris mühiti, innovativ düşüncə.